Hulusi Akar: ““S-400”-lərin yeri haqqında məlumat məxfidir”

Hulusi Akar

© APA | Hulusi Akar

# 16 noyabr 2021 19:04 (UTC +04:00)

““S-400”-lərin harada saxlanması məlumatı məxfidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin milli müdafiə naziri Hulusi Akar S-400 havadan müdafiə sisteminin harada saxlanması ilə bağlı sualı cavablandırarkən bunu bildirib.

Nazir deyib ki, təhlükəsizlik mövzusu və hərbi sirr olduğundan, bu haqda açıqlama verilməsi mümkün deyil.

H.Akar Türkiyə Silahlı Qüvvələrinin (TSK) hərbi bazasında kimyəvi silahların saxlanması ilə bağlı ittihamların da əsassız olduğunu bildirib və rədd edib: “TSK-da qətiyyən kimyəvi silah yoxdur. TSK-nın terrora qapşı şərəflə və şəffaf şəkildə apardığı mübarizəyə kölgə salmaq üçün bu böhtanı periodik olaraq təkrarlayırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR