Hulusi Akar: “Türkiyə hazırda Əfqanıstana hərbçi göndərməyəcək”

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar

© APA | Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar

# 23 iyun 2021 19:08 (UTC +04:00)

“Kabildəki fəaliyyətimizin davam edib-etməyəcəyi ilə danışıqlar gedir. Hazırda hər hansı bir şəkildə hərbçi göndərmə vəziyyətində deyilik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar sabah ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Türkiyəyə göndərəcəyi texniki heyətlə bağlı məsələyə mövqe bildirərkən deyib.

Nazir bildirib ki, ABŞ və NATO-nun geri çəkilmə qərarından sonra Əfqanıstanın gələcəyi maraq mövzusuna çevrilib: “Bu səbəbdən də sabah ABŞ-dan gələcək heyətlə Əfqanıstanda Kabil Hamid Karzai Beynəlxalq Hava Limanının saxlanılması üçün fəaliyyətlər müzakirə ediləcək”.

H.Akar regionda türk hərbçilərinin əfqan qardaşlarının təhlükəsizliyinə dəstək verdiyini xatırladıb: “Məsələ ilə əlaqədar digər ölkələrlə də danışıqlarımız və araşdırmalarımız davam edir. Bu işlər tamamlanandan sonra lazımlı tədbirlər görüləcək və bu, bir plana çevriləcək. Oradakı qardaşlarımızın rahatlığı, dincliyi və təhlükəsizliyi üçün son 20 ildə digər ölkələrlə birlikdə əlimizdən gələni etdik. Xüsusilə, son 6 ildə Kabil hava limanını idarə etmək üçün lazım olan dəstəyi verdik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR