Hulusi Akar: “Yanvar ayından indiyədək 1107 terrorçu məhv edilib”

Hulusi Akar, Türkiyənin Müdafiə naziri

© APA | Hulusi Akar, Türkiyənin Müdafiə naziri

# 23 may 2021 13:07 (UTC +04:00)

Yanvar ayından indiyədək 1107 terrorçu, 23 apreldən başlatdığımız “Pəncə Şimşək” və “Pəncə İldırım” əməliyyatlarında isə 124 terrorşu məhv edilib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar Türk Silahlı Qüvvətlərinin İstanbulda inşa edilən “Anadolu çoxməqsədli Amfibiya hücum gəmisi”nin analizləri ilə maraqlanarkən deyib.

Nazir bildirib ki, Türkiyənin sərhədyanı ərazilərində terrorçulara qarşı qətiyyətli mübarizəsi uğurla davam etməkdədir:

“Bu mübarizələrdə bizim hədəfimiz yalnız və yalnız terrorçulardır, bildirilər ki, guya Türkiyə ordusu bəzi etnik qruplara qarşı davranır, bu tamamilə yalandır, böhtandır. Bəzi qüvvələr isə PKK ilə YPG-nin fərqli olduğunu bildirir və bununla da özlərinə görə bizə istehza edirlər. Ağıllarını başlarına yığsınlar. Bunların hər ikisi terror təşkilatıdır. Bu qədər aşkar olan bir məsələnin yenidən müzakirə edilməsinə ehtiyac yoxdur, bizim terrorçularla bağlı qərarımız məlumdur, bunu da hər kəs bilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR