Hulusi Akar: “Yunanıstanın 3-5 istifadə olunmuş silahla güclənməsi mümkün deyil”

Hulusi Akar: “Yunanıstanın 3-5 istifadə olunmuş silahla güclənməsi mümkün deyil”

© APA | Türkiyənin müdafiə naziri Hulusi Akar

# 27 iyul 2021 15:37 (UTC +04:00)

“Yunanıstan sanki silahlanma yarışına çıxıb. 3-5 istifadə olunmuş silahla güclənməsi mümkün deyil. Ona görə biz Yunınıstanı hücum mövqeyindən əl çəkib, diplomatik yolla problemlərin həllində cəhdlərimizə qatılmalarını gözləyirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Yunanıstan səlahiyyətlilərinin son açıqlamalarına münasibət bildirirkən deyib.

H.Akar bildirib Türkiyə Egey, Aralıq dənizi və Kiprdə hüquqların, maraqların və mənafelərin qorunması üçün vəzifələrini qətiyyətlə yerinə yetirməyə davam edir: "Yunan qonşularımıza hər zaman problemlərə sülh yolu ilə siyasi həll yolları tapmağın tərəfdarı olduğumuzu söyləyirik. Edilən razılaşmalar çərçivəsində biz sülh, dialoq, haqq, hüquq tərəfində olduğumuz halda, təəssüf ki, onlar təxribat xarakterli ifadələrdən və aqressiv ritorikadan heç vaxt vaz keçmirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR