İbrahim Kalın: “Ərdoğan Baydenlə Qafqaz, Əfqanıstan, Liviya, Suriya məsələlərini müzakirə edəcək”

İbrahim Kalın

© APA | İbrahim Kalın

# 30 oktyabr 2021 13:56 (UTC +04:00)

“Cənab Ərdoğanla cənab Baydenin görüşündə Türkiyə və Amerika əlaqələri başda olmaqla, bir sıra məsələlər müzakirə olunacaq”.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın Romada “CNN-Türk”ün suallarını cavablandırarkən bildirib.

İbrahim Kalın deyib ki, görüşün Romada və ya Şotlandiyanın Qlazqo şəhərində keçirilməsilə bağlı danışıqlar aparılır: “Bu, çox vacib bir görüşdür. Müzakirə olunacaq bir çox qlobal mövzular var. Əfqanıstan, Liviya, Suriya, Qafqaz, müdafiə sənayesi və digər bir çox mövzularda liderlərimizin fikir mübadiləsi gözlənilir”.

İ.Kalın, səfər çərçivəsində Türkiyə Prezidentinin Fransa, Avropa İttifaqı Şurası prezidentləri, İitaliya və Hollandiyanın baş nazirləri ilə ikitərəfli görüşlərinin nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada keçirilən 16-cı G-20 sammitində iştirak etmək üçün dünən İatliyaya səfər edib.

G-20 sammitindən sonra Türkiyə Prezidenti noyabrın 1-2-də Şotlandiyada 26-cı Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransında (COP26) iştirak üçün Qlazqo şəhərinə gedəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR