II Yelizaveta şahzadə Harri və Meqanı məhkəməyə vermək qərarına gəlib

II Yelizaveta şahzadə Harri və Meqanı məhkəməyə vermək qərarına gəlib
# 22 avqust 2021 19:43 (UTC +04:00)

Böyük Britaniya Kraliçası II Yelizaveta şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl ilə mübarizə aparmaq üçün bir qrup vəkil tutub.

APA bildirir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, şahzadə Harri və onun həyat yoldaşı dəfələrlə kral ailəsinə qarşı çıxıblar.

Qəzetin yazdığına görə, II Yelizaveta məhkəməyə getməyə hazırdır, lakin yaxınlarının ağıllanıb münaqişəyə son qoyacağına ümid edir.

Qəzet mənbəyə istinadən belə yazır:

“Nə qədər dözəcəklər? Bir hədd var. Kraliça və ailəsinə onsuz da kənarda kifayət qədər hücumlar olur. Harri və Meqan təkrar hücumların qəbuledilməz olduğunu öyrənəcək və başa düşəcəklər”.

Eyni zamanda bildirilir ki, indi vəkillər böhtan mövzusunda mütəxəssislərlə məsləhətləşirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR