İngiltərədə avtomobilin partladılması nəticəsində bir nəfər ölüb

İngiltərədə avtomobilin partladılması nəticəsində bir nəfər ölüb
# 14 noyabr 2021 21:12 (UTC +04:00)

İngiltərənin Liverpul şəhərində xəstəxana yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan avtomobil partlayıb.

APA “Sky News” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Polisin məlumatına görə, partlayış səhər saatlarında baş verib. Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatına heç bir təhlükə yoxdur. Hadisənin araşdırılmasına terrorla mübarizə üzrə mütəxəssislər də cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR