İranda ötən sutkada koronavirusdan 216 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 216 nəfər ölüb
# 06 oktyabr 2021 14:36 (UTC +04:00)

İranda ötən sutkada 216 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 121 779 nəfərə yüksəlib.

İranda son sutkada 10 497 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5 662 458 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR