İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibinin Türkiyəyə səfəri gözlənilir

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibinin Türkiyəyə səfəri gözlənilir
# 24 noyabr 2021 03:02 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hisseyn Brahim Taha 24-25 noyabr tarixlərində Türkiyəyə səfər edəcək.

APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbərinə görə, İƏT-in İstanbulda keçiriləcək İqtisadi və Kommersiya Daimi Komitəsinin 37-ci Nazirlər Sessiyasında iştirak edəcək.

Qeyd edək ki, ötən il İƏT-in yeni Baş katibi seçilən H.B.Taha vəzifəsinin icrasına 17 noyabr 2021-ci ildə başlayıb və baş katib olaraq ilk xarici səfərini Türkiyəyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR