İspaniyada avtomobil bir qrup azyaşlını vurub

İspaniyada avtomobil bir qrup azyaşlını vurub
# 05 noyabr 2021 01:19 (UTC +04:00)

İspaniyada avtomobil qəza törədərək bir qrup azyaşlı məktəblini vurub.

APA xəbər verir ki, bu barədə yerli “Cadena SER” radiosu məlumat yayıb.

Hadisə paytaxtı Madriddə məktəblərin birinin qarşısında baş verib. Onlardan biri – 6 yaşlı qız dünyasını dəyişib.

Digər 10 və 12 yaşlılarında olan iki uşağın vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR