İsrail dünyada ilk dəfə olaraq COVID-19-la mübarizə çərçivəsində milli təlimlər keçirəcək 

İsrail dünyada ilk dəfə olaraq COVID-19-la mübarizə çərçivəsində milli təlimlər keçirəcək 
# 11 noyabr 2021 02:16 (UTC +04:00)

Noyabrın 11-də İsrail dünyada ilk olaraq koronavirusun yayılması ilə mübarizə fonunda milli təlim keçirəcək.

APA xəbər verir ki, bu barədə çərşənbə günü İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, milli təlimlərin keçirilməsində məqsəd COVID-19-un yeni variantının potensial yayılmasına hazırlığını yoxlanılmasıdır.

Təlimlərə Baş nazir Naftali Bennet rəhbərlik edəcək.

Təlimlər aidiyyəti nazirlik və idarələrin rəhbər heyətinin iştirakı ilə “komanda-qərargah oyunu” formatında keçiriləcək. Nəticələrə əsasən, nazirlər və idarələrarası səviyyələrdə qiymətləndirmələr aparılacaq, məlumatlar təhlil ediləcək və müvafiq tövsiyələr təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR