İsrail hökuməti xarici turistlərlə bağlı sərhədlərin açılmasının vaxtını uzadıb

İsrail hökuməti xarici turistlərlə bağlı sərhədlərin açılmasının vaxtını uzadıb
# 24 iyun 2021 07:11 (UTC +04:00)

İsrail hökuməti iyulun 1-də fərdi qaydada ölkəyə gələn xarici turistlərlə bağlı sərhədlərin açılmasını nəzərdə tutan qərarın avqustun 1-dək təxirə salındığını bəyan edib.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.

Eyni zamanda bildirilib ki, qadağa koronavirus infeksiyasının nisbətən az yayıldığı ölkələrdən peyvənd olunmuş turist qruplarına şamil edilmir. Sözügedən ölkələrdən gələn turistlərin artıq bu ilin may ayının sonundan etibarən İsrailə girişinə icazə verilib.

Qeyd edək ki, "qadağan olunmuş" ölkələr siyahısına Rusiya, Argentina, Hindistan, Cənubi Afrika, Meksika və Braziliya da daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR