İsraildə ağır yol qəzasında 3-ü uşaq olmaqla, 5 nəfər ölüb

İsraildə ağır yol qəzasında 3-ü uşaq olmaqla, 5 nəfər ölüb
# 29 sentyabr 2021 21:22 (UTC +04:00)

İsraildə sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub.

APA yerli “Kan” radiosuna istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində ana və üç uşağı, eləcə də sürücü hadisə yerində dünyasını dəyişib.

30 nəfərin yaralandığı bildirilir, onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisənin baş verdiyi magistralın hər iki istiqamətdə yolu bağlanıb. Yaralıların təxliyəsi üçün tibbi helikopter və hərbçilər əraziyə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR