İstanbulun Sabiha Gökçen aeroportu uçuşları bərpa edib - YENİLƏNİB

İstanbulun Sabiha Gökçen aeroportu uçuşları bərpa edib - YENİLƏNİB
# 06 noyabr 2021 13:51 (UTC +04:00)

İstanbulda Sabiha Gökçen Hava Limanında duman səbəbindən dayandırılan uçuşlar bərpa edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə "Demirören" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İstanbul Sabiha Gökçen aeroportu bu gün yerli vaxtla saat 08:00-dan etibarən eniş və uçuşlara bağlanıb.

"Türk Hava Yolları"nın daxili uçuşları yerli vaxtla saat 14:35-dək ləğv edilib.

Qeyd edək ki, Mərmərə bölgəsində dünən gecədən bəri davam edən duman İstanbulda hava nəqliyyatına da mənfi təsir göstərib.

***

13:19

“İstanbul və Ankarada sıx duman və sis Sabiha Gökçen və Ankara Esenboğa hava limanlarının fəaliyyətinə təsir göstərir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə “Türk Hava Yolları”nın (THY) mətbuat katibi Yəhya Üstün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, vəziyyətin gün ərzində bu şəkildə davam edəcəyi təqdirdə, uçuşların təxirə salınması və ya gecikmələrin olması gözlənilir.

“Pegasus” aviaşirkəti isə sosial şəbəkədən yaydığı açıqlamada bildirib ki, hidrometeoroloqlar günorta saatlarında hava şəraitinin uçuş üçün normallaşacağını vəd edib.

Qeyd edək ki, “İhlas” xəbər agentliyinin məlumatına görə, dünən gecədən başlayaraq İstanbulda hava və dəniz yolunda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Qatı sislə müşahidə olunan hava şəraitində Sabiha Gökçen hava limanında 16 uçuş təxirə salınıb, bəzi təyyarələr yenidən İstanbul hava limanına eniş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR