İstanbulun Taksim meydanında məscid kompleksinin açılışı olub

İstanbulun Taksim meydanında məscid kompleksinin açılışı olub
# 28 may 2021 15:56 (UTC +04:00)

İstanbulun Taksim meydanında inşa olunmuş məscid kompleksinin açılışı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Türkiyə Prezidenti çıxışında bildirib ki, Taksim məscid kompleksi 29 may İstanbulun fəthinin 568-ci ildönümünə hədiyyədir.

“Türk millətinin qardaşlığını, birliyini pozmaq istəyənlər məscidlərimizi hədəfə alsalar da buna nail olmayacaqlar”, - deyə o bildirib.

Qeyd edək ki, 2017-ci ildən inşasına başlanan İstanbuldakı Taksim meydanı məscid kompleksi Art deco üslubunda dizayn edilib, üç mərtəbəli məscidin açıq və qapalı sahələrində 4 min nəfərə qədər şəxs ibadət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR