İsveçdə məhbuslar girov götürdükləri həbsxana əməkdaşlarını sərbəst buraxıblar

İsveçdə məhbuslar girov götürdükləri həbsxana əməkdaşlarını sərbəst buraxıblar
# 22 iyul 2021 07:15 (UTC +04:00)

İsveçin Eskilstuna şəhəri yaxınlığındakı “Hellbi” cəzaçəkmə müəssisəsində iki məhbus çərşənbə günü girov götürdükləri iki həbsxana əməkdaşını sərbəst buraxıb.

APA yerli “Aftonbladet” nəşrinə istinadən xəbər verir ki, sərbəst buraxılan girovların vəziyyəti yaxşıdır.

Cinayətkarların polis tərəfindən saxlanıldığı bildirilir.

Qeyd edək ki, çərşənbə günü günortadan sonra məhkumlar həbsxananın bloklarından birindəki təhlükəsizlik otağına girərək, oradakı bir kişi və bir qadın əməkdaşı girov götürüblər. Məhbuslar yerli hakimiyyət orqanından helikopter göndərmələrini və kameralardakı 20 nəfər üçün pizza gətirmələrini tələb ediblər.

Hər iki cinayətkar əvvəllər qətl törətməkdə günahlandırılıb.

Məlumat üçün bildirək ki, “Hellbi” həbsxanasında məhkumların yerləşdirilməsi üçün 98 yer var. Bu təcridxana ən yüksək təhlükəsizlik sinifinə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR