İsveçdə təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb - YENİLƏNİB-1

İsveçdə təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb - YENİLƏNİB-1
# 09 iyul 2021 04:46 (UTC +04:00)

İsveçin Erebru şəhəri yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində onun göyərtədəki doqquz nəfərin hamısı ölüb.

APA xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti yazıb.

Bildirilir ki, hadisəyə səbəb təyyarədə yaranmış texniki nasazlıq olub. Təyyarə paraşütdən tullanmaq üçün istifadə edilirmiş.

***

Saat 00:19

İsveçin Erebru şəhəri yaxınlığında göyərtəsində 9 nəfərin olduğu təyyarə havaya qalxdıqdan sonra qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, aviaqəza zamanı təyyarədə səkkiz nəfər paraşütçü və bir pilot olub. Qəzet polis və təcili tibbi yardım xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər ölüb, azı bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, təyyarə uçuş-eniş zolağından bir neçə yüz metr aralıda yerə düşərək alışıb. Hazırda yanğın söndürülüb, hadisə yerinə xilasedicilər, həkimlər və polis cəlb olunub.

***

Saat 23:05

İsveçin Erebru şəhərində göyərtəsində 9 nəfərin olduğu bildirilən təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

“Bu təyyarədən paraşütlə tullanmaq üçün idi, o, havaya qalxdıqdan sonra qəzaya uğrayıb”, - deyə “Reuters” Xilasetmə Koordinasiya Mərkəzinin rəhbəri Emil Qustavssondan sitat gətirib.

Qəza nəticəsində ölən və xəsarət alanlar barədə hələlik bir məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR