İsveçrədə ilk dəfə iki nəfərdə Omicron ştamına yoluxma aşkarlanıb

İsveçrədə ilk dəfə iki nəfərdə Omicron ştamına yoluxma aşkarlanıb
# 01 dekabr 2021 03:11 (UTC +04:00)

İsveçrədə ilk dəfə olaraq Omicron ştamına yoluxma hadisəsi aşkarlanıb.

APA xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, iki nəfərdə yeni ştamın əlamətləri müəyyən edilib.

Hər iki şəxs təcrid edilib.

Qeyd edək ki, ötən gün İsveçrə hökuməti Omicronla bağlı ölkədə məhdudlaşdırıcı tədbirlərin sərtləşə biləcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR