İsveçrədə koronavirusun Omicron ştamına yoluxan ilk şəxs gimnaziya şagirdidir

İsveçrədə koronavirusun Omicron ştamına yoluxan ilk şəxs gimnaziya şagirdidir
# 01 dekabr 2021 23:35 (UTC +04:00)

İsveçrədə koronavirusun Omicron ştamına yoluxan ilk şəxs gimnaziya şagirdi olması təəccüb doğurub.

APA-nın xəbərinə görə, yoluxmuş şəxs Afrikada heç vaxt olmayıb, son həftələrdə isə yaşadığı Bazel şəhərini ümumiyyətlə tərk etməyib.

19 yaşlı gəncdə heç bir simptom yoxdur, özünü yaxşı hiss edir. Yoluxma təsadüfən, kollecdə kütləvi test nəticəsində aşkara çıxıb. Xəstə təcrid olunsa da, ona heç bir müalicə tətbiq edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR