İsveçrədə peyvənd əleyhinə və karantin rejiminə qarşı etiraz nümayişi keçirilib

İsveçrədə peyvənd əleyhinə və karantin rejiminə qarşı etiraz nümayişi keçirilib
# 01 avqust 2021 06:14 (UTC +04:00)

İsveçrənin Luzern şəhərində eyni vaxtda iki etiraz aksiyası keçirilib.

APA şəhər polisinin məlumatına istinadən xəbər verir ki, aksiyaların birində peyvənd əleyhinə, digərində isə hökumətin karantin rejimi ilə bağlı tətbiq etdiyi qərara etirazlar səsləndirilib.

Nümayiş zamanı bir polis əməkdaşının yaralandığı bildirilir.

Aksiyalarda ümumilikdə 5 mindən çox insan iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR