İtaliyada 16 mərtəbəli binada güclü yanğın olub

İtaliyada 16 mərtəbəli binada güclü yanğın olub
# 29 avqust 2021 23:54 (UTC +04:00)

İtaliyanın Milan şəhərinin cənubunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Milli Yanğından Mühafizə Xidmətindən bildirilib.

Yanğın zamanı binanın şüşəli fasadı, demək olar ki, tamamilə yanıb.

Yerli “Corriere della Sera” qəzetinin yazdığına görə, 16 mərtəbəli binada 70 ailə yaşayırmış. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər binadan təxminən 20 nəfəri təxliyə ediblər. Binanın hündürlüyü yanğın söndürmə əməliyyatını çətinləşdirsə də, yanğının qarşısı alınıb.

Yanğının son mərtəbələrdən birində meydana gəldiyini, daha sonra digər mərtəbələrə keçdiyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR