İtaliyada dağ kanatının qırılması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

İtaliyada dağ kanatının qırılması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb
# 24 may 2021 05:11 (UTC +04:00)

İtaliyanın şimalında (Piemont bölgəsi) dağ kanat xəttində baş verən qəza nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

APA ANSA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 9 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Tibb müəssisəsində olan ikinci azyaşlının vəziyyəti kritik olaraq qiymətləndirilir.

Xatırladaq ki, mayın 23-də İtaliyanın şimalında “Macciore” gölü yaxınlığında dağ kanatında qəza baş verib. Hərəkət zamanı kanatın üst hissəsindək kabel qırılıb və 15 nəfərin olduğu kabin 20 metr yüksəklikdən “Mottarone” dağının yamacına düşüb.

İtaliya Milli Xilasetmə Xidməti 2 yaşlı uşaq da daxil olmaqla, 13 nəfərin hadisə yerində öldüyünü açıqlayıb. Çoxsaylı sınıq və ağır kəllə-beyin xəsarətləri alan iki yaralı Turin xəstəxanasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR