İtaliyada “Ndranqeta” mafiyasının 70 üzvü 20 ilə qədər həbs cəzasına məhkum edilib

İtaliyada “Ndranqeta” mafiyasının 70 üzvü 20 ilə qədər həbs cəzasına məhkum edilib
# 07 noyabr 2021 02:20 (UTC +04:00)

Lamezia Terme (Kalabriya bölgəsi) şəhər məhkəməsi İtaliya mafiyasının son illərin ən böyük qrupunun - "Ndranqeta"nın 70 üzvünü 10 aydan 20 ilə qədər həbs cəzasına məhkum edib.

APA xəbər verir ki, bu barədə şənbə günü ANSA məlumat yayıb.

Məhkumlar əvvəllər adam öldürməyə cəhd, çirkli pulların yuyulması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunublar.

Daha 20-yə yaxın şəxs bəraət alıb. 90 nəfərə münasibətdə proses qısaldılmış formada aparılıb, gələcəkdə ən azı 300 nəfər hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, məhkəmə prosesi 2021-ci ilin yanvarında başlayıb. Ən azı üç il davam edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR