İtaliyada qasırğa nəticəsində 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb

İtaliyada qasırğa nəticəsində 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb
# 10 sentyabr 2021 23:29 (UTC +04:00)

İtaliyanın cənubundakı Pantelleriya adasında baş vermiş qasırğa nəticəsində azı 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “la Repubblica” qəzeti mer Vinçenzo Kampoya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, qasırğa evlərə, müxtəlif nəqliyyat vasitələrinə də ziyan vurub. Qəzet azı 10 avtomobilə ziyan dəydiyini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR