İtaliyada Stromboli və Etna vulkanları püskürüb

İtaliyada Stromboli və Etna vulkanları püskürüb
# 19 may 2021 23:14 (UTC +04:00)

İtaliyada Sicilya yaxınlığındakı Tirren dənizindəki eyniadlı adada Stromboli və Etna vulkanları püskürüb.

APA-nın məlumatına görə, sosial şəbəkələrdə vulkanların aktivləşməsi anını əks etdirən foto və videolar paylaşılıb.

Şahidlərin sözlərinə görə, püskürmə nəticəsində güclü kül, qum və digər vulkanik materialların havaya qalxması müşayiət olunub.

Strombolinin qərb yamacındakı kraterdən, təxminən 600 metr yüksəklikdən lava dənizə tökülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR