İtaliyada təyyarənin binaya çırpılması nəticəsində 8 nəfər ölüb

İtaliyada təyyarənin binaya çırpılması nəticəsində 8 nəfər ölüb
# 04 oktyabr 2021 07:13 (UTC +04:00)

Kiçikhəcmli şəxsi təyyarə havaya qalxdıqdan qısa müddət sonra İtaliyanın Milan şəhərinin yaxınlığındakı San Donato yaşayış məntəqəsində ikimərtəbəli binaya çırpılıb.

APA İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan 8 nəfər (iki pilot, biri uşaq olmaqla 6 sərnişin) ölüb.

Təyyarə Milanın “Linate” hava limanından Sardiniya adasındakı Olbiya şəhərinə gedirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR