İtaliyanın 80-dən çox şəhərində COVID sertifikatlarının tətbiqinə qarşı aksiya keçirilib

İtaliyanın 80-dən çox şəhərində COVID sertifikatlarının tətbiqinə qarşı aksiya keçirilib
# 25 iyul 2021 06:17 (UTC +04:00)

İtaliyada restoranlar və bir sıra ictimai yerləri ziyarət etmək üçün tələb olunan COVID sertifikatlarının tətbiqinə qarşı etiraz aksiyaları keçirilib, aksiyalarda bir neçə min nəfər iştirak edib.

APA xəbər verir ki, bu barədə “Repubblica” qəzeti yazıb.

Qəzetin hesablamalarına görə, ən çox aksiya iştirakçısı Romada olub, burada keçirilən aksiyada 3 minə qədər insan toplaşıb.

Milandakı yürüşdə təxminən min nəfər iştirak edib. Ümumilikdə oxşar aksiyalar İtaliyanın 80-dən çox şəhərində qeydə alınıb. Təşəbbüs ümumi təşkil edilməyib, etiraz aksiyalarına çağırış hökumətin məcburi qaydada muzeylər də daxil olmaqla bir sıra dövlət qurumlarını, mədəniyyət müəssisələrini, idman tədbirlərini, eyni zamanda restoranları, idman zallarını, hovuzları ziyarət etmək üçün COVID sertifikatlarının (peyvənd sertifikatları, əvvəlki xəstəlik, mənfi koronavirus testinin nəticəsi) tətbiqinə başlamasından sonra sosial şəbəkələr vasitəsilə edilib. Sənədi “köləlik şəhadətnaməsi” adlandıran etirazçılar arasında peyvənd əleyhdarları ilə yanaşı ultra-sağçı qüvvələrin nümayəndələri də olub. Müxtəlif şəhərlərdə polislə gərgin anlar yaşansa da, ciddi qarşıdurma qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR