İtaliyanın keçmiş baş naziri Berluskoni xəstəxananı gizlin tərk edib

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni

© APA | İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni

# 16 may 2021 07:11 (UTC +04:00)

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni beş günlük müalicədən sonra Milanın “San Raffaele” xəstəxanasını tərk edib.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, 84 yaşlı Berluskoni arxa girişdən çıxaraq, əsas qapıda onu gözləyən KİV nümayəndələrindən yayına bilib.

Qeyd edək ki, son günlərdə Berluskoninin səhhətində problemlərin olduğu iddia edilir. Lakin təmsil olunduğu partiya bu iddiaları təkzib edib.

Bir tərəf mənbə "Bu, nekroloqların anı deyil" dedi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR