İtaliyanın xarici işlər naziri “Taliban” hökumətinin qurulmasını sülh üçün pis siqnal adlandırıb

İtaliyanın xarici işlər naziri Luigi Di Mayo

© APA | İtaliyanın xarici işlər naziri Luigi Di Mayo

# 08 sentyabr 2021 07:17 (UTC +04:00)

İtaliyanın xarici işlər naziri Luigi Di Mayo “Taliban” hərəkatının Əfqanıstanın müvəqqəti hökumətini qurmasını beynəlxalq ictimaiyyət üçün pis siqnal adlandırıb.

APA xəbər verir ki, nazirin müvafiq bəyanatı yerli “La7 TV” telekanalının efirində yayımlanıb.

"Terrorçuların siyahısına daxil edilmiş Baş nazir Məhəmməd Həsən Axundun rəhbərliyi altında daxili İşlər naziri Siracuddin Haqqani ilə birlikdə qurulan hökumət beynəlxalq ictimaiyyət üçün çox pis siqnal olduğu açıq və aydındır. Bunlar BMT-nin sanksiyalar siyahısında olan, Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən axtarılan bir şəxslərdir”, deyə nazir vurğulayıb.

Qeyd edək ki, İtaliyanın XİN başçısı Pakistan da daxil olmaqla, Asiya bölgəsi üzrə səfərdən qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR