Kanadada 2, Fransa da isə 8 “Omikron” ştammına yoluxma hadisəsi aşkarlanıb

Kanadada 2, Fransa da isə 8 “Omikron” ştammına yoluxma hadisəsi aşkarlanıb
# 29 noyabr 2021 05:17 (UTC +04:00)

Kanadanın paytaxtı Ottavada 2 nəfərdə “Omikron” ştammına yoluxma hadisəsi aşkar olunub.

APA yerli hakimiyyət orqanlarının məlumatına istinadən xəbər verir ki, həmin şəxslər Nigeriyadan paytaxta gələnlərdir.


Fransada isə 8 nəfərdə “Omikron” ştammının əlamətləri müəyyən edilib.

Ölənin Səhiyyə Nazirliyindən bildirilib ki, həmin şəxslərin son iki həftə ərzində Afrikanın cənubuna səyahət zamanı bu virusa yoluxduqları ehtimal edilib: “Hazırda xəstələrdən test nümunələri götürülür. Yoluxanlarla təmasda olanlar müəyyənləşdirilərək təcrid ediləcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR