Kataloniyada Puçdemona dəstək məqsədi ilə aksiyalar keçirilib

Kataloniyada Puçdemona dəstək məqsədi ilə aksiyalar keçirilib
# 25 sentyabr 2021 07:09 (UTC +04:00)

Kataloniya müstəqilliyinin tərəfdarları ötən gün axşam saatlarında bölgənin müxtəlif şəhərlərində aksiyalar keçiriblər. Aksiyaçıların əsas məqsədi İspaniyanın tələbi ilə İtaliyada tutulan, lakin sonradan sərbəst buraxılan muxtariyyətin keçmiş lideri Karles Puçdemona dəstək nümayiş etdirmək olub.

APA xəbər verir ki, bu barədə “La Vanguardia” qəzeti məlumat yayıb.

Barselonada mitinq Müqəddəs İakov mərkəzi meydanında baş tutub. Oxşar aksiyalar muxtariyyətin digər şəhərlərində də keçirilib.

Qeyd edək ki, K.Puçdemon cümə günü Sardiniya adasına saxlanılıb. İtaliya məhkəməsi heç bir məhdudiyyət qoyulmadan onun azadlıqda saxlamağa qərar verib. Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.

Puçdemon 2017-ci ildə müstəqillik haqqında qanunsuz referendum zamanı Kataloniya hökumətinə rəhbərlik edib. O, qısa müddət sonra Belçikaya qaçıb. İspaniya məhkəmə orqanları Puçdemona qarşı üsyana təhrik və mənimsəmə ittihamları irəli sürməklə onun ekstradisiyasını istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR