Kiprdə mikroavtobus qədim şəhər divarlarından aşıb

Kiprdə mikroavtobus qədim şəhər divarlarından aşıb
# 05 iyul 2021 02:27 (UTC +04:00)

Kiprin Respublikasının paytaxtı Nikosiyada mikroavtobus qədim şəhər divarlarından aşıb, nəticədə bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Phileleftheros” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub, nəticədə yüksək hündürlükdən aşan nəqliyyat vasitəsi Konstansa bastionuna düşüb.

Mikroavtobusda neçə nəfərin olduğu məlum deyil. Hadisədən sonra xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR