KİV: Boris Conson Britaniyanın daha 10 il Baş naziri olaraq Tetçerin rekordunu qırmaq niyyətindədir

Boris Conson

© APA | Boris Conson

# 12 sentyabr 2021 08:22 (UTC +04:00)

Birləşmiş Krallığın Baş naziri Boris Conson 10 ildən artıq tutduğu vəzifədə qalmaqla 1979-1990-cı illərdə ölkə hökumətinə rəhbərlik etmiş Marqaret Tetçerin rekordunu qırmaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə “The Times” nəşri Britaniya Nazirlər Kabinetindəki mənbəyə istinadən məlumat yayıb.

Conson kabinetinin adı çəkilməyən bir üzvü nəşrə açıqlamasında deyib ki, Boris uzun müddət işini davam etdirmək istəyəcək: “Hazırkı hökumət başçısı vəzifəsində Tetçerdən daha uzun müddətə qalmaq niyyətindədir. Bunun üçün 2019-cu ilin iyul ayında vəzifəyə başlayan Conson Mühafizəkarlar Partiyasını ən azı iki dəfə, 2024-cü ildə keçiriləcək parlament seçkilərində qalibiyyətə aparmalı olacaq”.

Nəşrin həmsöhbətinin dediyinə görə, Conson əhəmiyyətli sosial islahatlar aparan və Britaniyada həyat səviyyəsini bərabərləşdirən Baş nazir olaraq gələcək nəsillərin yaddaşında qalmaq niyyətindədir: Conson son 40 ildə sələflərinin "fəlakətli" iqtisadi səhvlərini düzəldəcəyini və Britaniyanın şimalında sosial təbəqələşməni minimuma endirməyi və və ölkənin iqtisadi inkişafını qarşısına məqsəd qoyub”.

Xatırladaq ki, 1975-ci ildən partiyaya rəhbərlik edən xanım Tetçer 19-cu əsrin sonlarından bəri Britaniya hökumətinin digər liderlərindən daha uzun müddətə - 11 il 208 gün Baş nazir olaraq çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR