KİV: Parisdə pnevmatik silahdan insanlara atəş açan Rusiya vətəndaşı saxlanılıb

KİV: Parisdə pnevmatik silahdan insanlara atəş açan Rusiya vətəndaşı saxlanılıb
# 20 sentyabr 2021 07:16 (UTC +04:00)

Fransanın paytaxtı Parisin Yelisey meydanında pnevmatik silahda insanlara atəş açan şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Bildirilib ki, paytaxt polisi tərəfindən saxlanılan şəxs Rusiya vətəndaşıdır.

Qeyd edək ki, son bir həftə ərzində Yelisey meydanında pnevmatik silahdan açılan atəş nəticəsində dörd nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR