KİV: Roma Papası səhhəti ilə bağlı vəzifəsindən gedə bilər

Roma Papası Fransisk

© APA | Roma Papası Fransisk

# 23 avqust 2021 13:21 (UTC +04:00)

Roma Papası Fransisk səhhəti ilə əlaqədar olaraq vəzifəsindən gedə bilər.

APA-nın xəbərinə görə, bu barədə bu gün “Libero” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, bu ilin dekabrında Roma Papasının 85 yaşı tamam olacaq.

Oxucuların diqqətinə çatdırılıb ki, onun sələfi XVI Benedikt də 85 yaşında Taxt-tacdan uzaqlaşıb.

Qeyd edək ki, iyul ayında Papa Fransisk ümumi anesteziya altında bağırsaq əməliyyatı olunub. Bundan başqa, 2020-ci ilin fevral ayının sonunda, pandemiya başlayan ərəfədə Roma Papası güclü soyuqdəymə keçirib.

Xatırladaq ki, Papa Fransiskin 12-15 sentyabr tarixlərində Macarıstan və Slovakiyaya səfəri planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR