Kosovoda məktəbliləri daşıyan avtobus atəşə tutulub, 3 nəfər həlak olub

Kosovoda məktəbliləri daşıyan avtobus atəşə tutulub, 3 nəfər həlak olub
# 27 noyabr 2021 00:28 (UTC +04:00)

Tanınmamış Kosovo ərazisində məktəbliləri daşıyan avtobusun atəşə tutulması nəticəsində iki şagird və sürücü dünyasını dəyişib.

APA xəbər verir ki, bu barədə Serbiyanın milli televiziyası məlumat yayıb.

Hadisə Qloçane kəndində baş verib. Atəş nəticəsində yaralıların sayı məlum deyil. Polis faktı əsdiqləyib.

Müstəntiqlər hadisə yerində araşdırmaya başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR