Kuleba: “Türkiyə Ukraynanın həqiqi dostu və etibarlı tərəfdaşıdır”

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 08 oktyabr 2021 12:01 (UTC +04:00)

“Türkiyə Ukraynanın həqiqi dostu və etibarlı tərəfdaşıdır”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Lvov Universitetində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə hər zaman Ukraynanın yanında olub, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib: “Türkiyə hər zaman Ukraynanın azadlığını, müstəqilliyini dəstəkləyən və bu mübarizədə bizə dəstək verən ölkədir. Son illərdə Türkiyə bizim səylərimizə önəmli dəstək verir. İki ölkənin liderləri arasında mükəmməl əlaqələr və nümunəvi münasibətlər var. Bizim həm də çox məsuliyyətli əməkdaşlığımız var”.

Ukraynanın XİN rəhbəri bildirib ki, hər iki ölkə təhlükəsizlik problemləri ilə üzləşir: “İlk problem Rusiyanın Krımı və Qara dənizi silahlandırmasıdır. Bu, bütövlükdə bölgə üçün ciddi təhdid yaradır. 2014-cü ildən bəri Moskva Krımdakı hərbi varlığını 3 dəfə artırıb. Qara dəniz və Aralıq dənizi ciddi təhdid altındadır”.

D. Kuleba qeyd edib ki, son 7 ildir Rusiyanın Ukraynaya hücumu davam edir: “NATO-ya üzv olmayan Ukrayna hələ ki digər dövlətlərdən hər hansı təhlükəsizlik dəstəyi almır. Buna görə də bizim təhlükəsizliyimiz əslində bizim öz səylərimizə və Türkiyə kimi həqiqi dostlarımızla ortaqlığa əsaslanır. Biz üzləşdiyimiz problemlərdən dərs çıxardıq. Beynəlxalq dəstəyi təmin edin, ancaq ən əsası özünüzə, öz ordunuza, öz diplomatiyanıza güvənin. Biz bu gün özümüzə güvənirik, amma eyni zamanda, beynəlxalq dəstəyi təmin etmək üçün çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR