Latviyada məcburi peyvənd əleyhinə etiraz aksiyası keçirilib

Latviyada məcburi peyvənd əleyhinə etiraz aksiyası keçirilib
# 19 avqust 2021 03:30 (UTC +04:00)

Latviyanın paytaxtı Riqanın mərkəzində koronavirusa qarşı tətbiq edilən məhdudiyyətlərə və məcburi peyvəndin vurulmasına qarşı etiraz aksiyası keçirilib.

APA TASS-a istinadən xəbər verir ki, aksiyada minlərlə insan iştirak edib.

Əvvəlcə etirazçılar Azadlıq kompleksi önünə gül dəstələri qoyub, sonra isə Prezident Sarayına üz tutublar.

Aksiyada "Məcburi peyvənd əleyhinə!", "Konstitusiya azadlıqlarının və seçim hüququnun müdafiəsindəyik!" və s. şüarlar səsləndirilib.

Polis nümayişçilərin parlamentə, eləcə də hökumət binasına yaxınlaşmalarına imkan verməyib.

Qeyd edək ki, Latviyada karantin qaydalarının pozulmasına görə 2 min avroya qədər cərimə nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR