Latviyada NATO XİN rəhbərlərinin iclası keçiriləcək

Latviyada NATO XİN rəhbərlərinin iclası keçiriləcək
# 03 noyabr 2021 10:59 (UTC +04:00)

Latviyanın paytaxtı Riqada NATO ölkələrinin xarici işlər nazirlərinin iclası keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Latviya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

NATO XİN rəhbərlərinin iclası 30 noyabr -1 dekabr tarixlərində Riqada baş tutacaq.

İclasda cari təhlükəsizlik çağırışları, NATO ölkələrinin tərəfdaş ölkələr və Avropa İttifaqı ilə əməkdaşlığı barədə fikir mübadiləsi aparılacaq, təşkilatın yeni strateji konsepsiyası müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR