Lavrov və Çavuşoğlu Qafqazdakı vəziyyəti müzakirə edib

Sergey Lavrov, Mövlud Çavuşoğlu

© APA | Sergey Lavrov, Mövlud Çavuşoğlu

# 02 dekabr 2021 18:26 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, ATƏT XİN Şurasının iclası çərçivəsində Sergey Lavrov və Mövlud Çavuşoğlu Stokholmda görüşərək danışıqlar aparıb.

Görüşdə xarici işlər nazirləri Rusiya-Türkiyə arasında əlaqələrlə yanaşı, Suriya, Liviya, Ukrayna və Qafqazdakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR