Leonardo da Vinçinin çəkdiyi "Ayı başı" eskizi 12,2 mln. dollara satılıb

Leonardo da Vinçinin çəkdiyi "Ayı başı" eskizi 12,2 mln. dollara satılıb
# 09 iyul 2021 07:47 (UTC +04:00)

İtaliyalı rəssam Leonardo da Vinçinin yaratdığı ayı başının eskizi “Christie's” hərracında satılıb. Əsər hərracda 8,86 milyon funt-sterlinqə (12,2 milyon dollar) alınıb.

APA xəbər verir ki, bu barədə “Christie's” hərrac evinin “Twitter” səhifəsində bildirilib.

7x7 sm ölçülü eskiz gümüşü qələmlə çəhrayı-bej rəngli kağız üzərində təsvir olunub. Mütəxəssislərin fikrincə, Leonardo bu rəsmi 1480-ci illərin əvvəllərində, ehtimal ki, 1482-ci ildə Florensiyadan Milana köçməzdən əvvəl çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR