Litva Prezidenti miqrasiya probleminin həllində ABŞ və Türkiyənin köməyinə ümid bəsləyir

Litva Prezidenti Gitanas Nauseda

© APA | Litva Prezidenti Gitanas Nauseda

# 27 iyul 2021 18:45 (UTC +04:00)

Litva Prezidenti Gitanas Nauseda ölkəsinin üzləşdiyi miqrasiya probleminin həllində ABŞ və Türkiyənin köməyinə ümid bəsləyir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Prezident Nauseda jurnalistlərə bildirib.

"Bəzi hazırlıq işlərindən sonra diplomatik kanallarla işləməyi planlaşdırıram. Bu, konkret olaraq ABŞ, Türkiyə və digər ölkələr olacaq".

Litva Prezidenti Belarus ilə birbaşa danışıqlar aparmaq niyyətində olmadığını deyib. "Diktatorla onun şərtləri altında dialoq aparmayacağıq",- deyə Litva Prezidenti bildirib.

Qeyd edək ki, ilin əvvəlindən indiyədək Litva-Belarus sərhədində Asiya və Afrikadan olan 2839 qeyri-qanuni mühacir saxlanılıb ki, bu da 2020-ci illə müqayisədə 35 dəfə çoxdur. May ayında Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin narkotiklərin və qanunsuz miqrantların qonşu dövlətə keçməsində bir maneə rolunu oynadığını bildirib, lakin Qərbin siyasi təzyiqlərini nəzərə alaraq, Minskin bu rolu davam etdirməsinin mənasız olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR