Lixtenşteyn knyaginyası Mariya-Aqlaya vəfat edib

Lixtenşteyn knyaginyası Mariya-Aqlaya vəfat edib
# 22 avqust 2021 01:18 (UTC +04:00)

Lixtenşteyn knyaginyası, şahzadə Mariya-Aqlaya (tam adı Mariya Kinski fon Vxinitz və Tettau) 82 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə “Agence Frence Presse” agentliyi knyazlığın açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, Mariya-Aqlaya insult keçirib və şənbə günü xəstəxanada dünyasını dəyişib.

Mariya-Aqlaya aristokrat bir ailədəndir, o, alman qraf Ferdinand Karl Kinskinin qızıdır. Mariya-Aqlaya Münhendəki tətbiqi qrafiki sənətlər məktəbində təhsil alıb, o, ingilis və fransız dillərini bilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR