London metrosunda sərnişinə hücum edilərək ağır xəsarət yetirilib

London metrosunda sərnişinə hücum edilərək ağır xəsarət yetirilib
# 10 iyul 2021 08:20 (UTC +04:00)

İngiltərənin paytaxtı London şəhərinin “Green Park Station” metrostansiyasında sərnişinə hücum edilib.

APA “Evening Standard” qəzetinə istinadən xəbər verir ki, qatarda hücuma məruz qalan sərnişin aldığı ağır xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs paytaxt polisi tərəfindən tutulub. Hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən metrostansiyaya girişi müvəqqəti olaraq bağlayıb.

Hadisəni terrorla əlaqələndirilməsi ilə bağlı açıqlama verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR