Londonda Azərbaycanla bağlı lövhələr quraşdırılıb

Azərbaycanla bağlı lövhələr, London

© APA | Azərbaycanla bağlı lövhələr, London

# 30 may 2021 17:31 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup" və Britaniya Azərbaycanlıları Assosiasiyanın birgə təşkilatçılığı ilə İngiltərənin paytaxtı London şəhərində 28 may – Respublika Gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, lövhələrdə 28 may tarixinin Azərbaycanın Respublika Günü kimi qeyd edildiyinə, ölkəmizin Şərqdə ilk demokratik respublika yaratdığına diqqət cəlb edilib.

Lövhələrdə məlumatlar Azərbaycanın paytaxtı Bakı şəhərinin və üçrəngli dövlət bayrağımızın təsviri fonunda yerləşdirilib.

Lövhənin qarşısından soydaşlarımıza müraciət edən diaspor fəalları Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər və "Yaşasın, Azərbaycan!" şüarını səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR