Londonda dəmiryol stansiyasının yaxınlığında yanğın baş verib

Londonda dəmiryol stansiyasının yaxınlığında yanğın baş verib
# 28 iyun 2021 18:41 (UTC +04:00)

Londonun “Elephant and Castle” dəmiryol stansiyasının yaxınlığında yanğın baş verib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, yanğın nəticəsində stansiyanın yaxınlığındakı üç ticarət obyekti, altı maşın tamamilə yanıb.

Hadisə yerinə 100-dən çox yanğınsöndürən cəlb olunub.

Polisdən hadisənin terror xarakteri daşımadığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR