Makron Boris Consonu miqrant axını böhranını ciddiyə almamaqda ittiham edib

Boris Conson, Emmanuel Makron

© APA | Boris Conson, Emmanuel Makron

# 26 noyabr 2021 14:22 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron Britaniyanın Baş naziri Boris Consonu miqrant axını böhranını ciddiyə almamaqda ittiham edib.

APA-nın "Independent"ə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Prezidenti İtaliyanın Baş naziri Mario Draqi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"İşlər ciddiyə alınmayanda mən təəccüblənirəm. Biz liderlərlə tvitlər və ya dərc edilmiş məktublar vasitəsilə əlaqə saxlamırıq, biz xəbərçi deyilik", -deyə Makron bildirib.

Qeyd edək ki, Paris miqrant böhranı ilə əlaqədar noyabrın 28-də keçiriləcək fövqəladə iclasa Britaniyanın daxili işlər naziri Priti Pateli dəvət etsə də, daha sonra bu dəvəti geri götürüb. Buna səbəb isə Britaniyanın Baş naziri Boris Consonun Fransa Prezidenti Emmanuel Makrona məktubu olub.

Həmin məktubda Boris Conson La-Manş boğazından keçən miqrant daşıyan qayıqların hərəkətinin qarşısını almaq üçün beş bəndlik paket təqdim edib.

E. Makron B. Consonun sözügedən məktubu "Twitter" səhifəsində dərc etməsindən, o cümlədən Britaniyanın “qanunsuz” hesab etdiyi miqrantları Fransanın geri alması tələbindən qəzəbləndiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR