Marseldə baş verən atışma nəticəsində 3 nəfər ölüb

Marseldə baş verən atışma nəticəsində 3 nəfər ölüb
# 22 avqust 2021 13:57 (UTC +04:00)

Şənbə günündən bazar gününə keçən gecə Fransanın Marsel şəhərində baş verən atışma nəticəsində 3 nəfər ölüb.

APA bildirir ki, bu barədə “BFMTV” telekanalı məlumat verib.

İlk atışma gecəyarısı baş verib və həmin zaman 2 nəfər öldürülüb.

Hadisə yerində 7.62 və 9 mm ölçüsündə gilizlər tapılıb.

Marselin dördüncü bölgəsində daha bir adam öldürülüb. Onu əvvəlcə qaçırdıb, sonra güllələyiblər və onu avtomobilin içində yandırıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR