Meksikada iki narkotik karteli arasında atışmada 35 nəfər ölüb

Meksikada iki narkotik karteli arasında atışmada 35 nəfər ölüb
# 26 iyun 2021 03:16 (UTC +04:00)

Meksikanın Sakatekas ştatında “Yeni Nəsil Jalisko” və “Sinaloa” narkotik kartelləri arasında silahlı qarşıdurma baş verib.

APA yerli “La Jornada” nəşrinə istinadən xəbər verir ki, atışma zamanı hər iki qruplaşmadan ümumilikdə 35 nəfər ölüb.

Hadisənin baş verdiyi San Juan Kapistrano kəndi yaxınlığında 2 yanmış pikap avtomobili tapılıb.

ictimaiyyətə silahlı insidentlə bağlı saxlanılanlar barədə məlumat açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR