Mersində fabrikdə yanğın baş verib

Mersində fabrikdə yanğın baş verib
# 30 iyul 2021 18:08 (UTC +04:00)

Türkiyədə Mersinin Tarsus rayonunda bir fabrikdə yanğn baş devib.

APA-nın yerli bürosunun xəbərinə görə, yerli vaxtla saat 16.30-da başlayan yanğnın söndürülməsi üçün fəaliyyətlər davam edir.

Fabrikdən çıxan tüstü dumanı rayonun bir çox yerindən müşahidə edilib.

Qeyd edək ki, Mersin də daxil olmaqla Türkiyədə son 3 günə 71 meşə yanğını baş verib, onlardan 56-sı söndürülmə və qarşısının alınması istiqamətində nəzarət altına alınıb.

Hazırda Adana, Osmaniye, Antalya, Mersin ve Muğlada yanğınların söndürülməsi istiqamətində müdaxilələr davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR